Astrologiya Nədir? Hərkəs üçün fərqli baxış açısı
Bürclər haqqında oxuyursan? Sən yüz faiz qız bürcüsən, hə? -A niyə bu qədər kiçik şeylərə görə əsəbləşirsən, yoxsa sən..‘qoçsan’?!
Hərkəsin həyatında bu cür bürclərlə bağlı marağa qapılan, insanları analiz edib xarakterini bürclərlə bağlayan insanlar var.
Hmm. qəbul edirəm, məndə onlardanam. Düşünürəm ki, bəzi spesifik özəlliklər bir neçə nəfəri eyni bürcdə birləşdirir. Amma astroloq Maressa Brown deyir ki, bir insanın günəş bürcünü bilib, onun xarakteri haqqında fərziyyələr yaradırıq. Amma bu onun doğumundan indiyə qədərki ay, Venera, Merkuri bürcləri ilə bağlantılı mürəkkəb bir cədvəlin sadəcə bir hissəsidir.
Yəni siz bu fərziyyələrlə sadəcə kiçik bir xarakteristik xüsusiyyəti müəyyən edə bilərsiniz, amma insanın bütün bir astrolojik rəsmi ilə bağlı fikirləri tək bir günəş bürcünə bağlamaq düzgün deyil.
Bu gün sizlərlə əslində astrologiya ilə bağlı fərqli baxış açılarını, ümumi yansımaları və normal görünən problemli məsələləri danışacağıq.
Çayınızı, qəhvənizi hazırlayın; Biz başlayırıq.
Astrologiya nədir?

Astrologiya Planetlər, Günəş və Ay arasındaki daxili hərəkətlənmələr, dəyişimlər və bunların Dünyəvi hadisələrə və insanlara təsirini araştırır.
Artıq sadə insanlardan fenomenlərə, siyasilərdən sənətçilərə qədər hər kəs öz taleyinin onun doğum xəritəsi, Ay bürcü və sairə faktorlardan asılılığını araşdırır, hətta həyatını buna görə qurur.
Bəs bütün bu faktorlar əslində bizi necə yansıdır?
Düşünürük, bəs necə olur ki, bir insanın bürcünü bir neçə hərəkətindən anlaya bilirik? Bu əslində sadə bir məsələdir. Siz bir bürcün spesifik xarakterini bilə bilərsiniz. Hansı ki. bu digər bürclərlə də üst- üstə düşür və ya bənzərdir.
Məsələn, Qoç bürcü inadkar olur. Amma hər hansı digər bürc də bu xarakterə sahib ola bilər. Bunun ehtimalı o insanın həmin bürcün xüsusiyyətlərini daşımasından deyil, xarakterik cəhəti olmasından irəli gəlir.
Bir experiment edin və 12 bürc haqqında bugünkü paylaşımı hansı bürc olduğunu qeyd etmədən rəfiqənizə oxuyun. Və ondan hansı xüsusiyyətlərin onunla üst-üstə düşdüyünü soruşun. Görəcəksiniz ki, rəfiqənizdə bir neçə bürcün ( hətta bu onun bürcündən tamamilə fərqliləri ola bilər) fərqli əlamətləri uyğunlaşır.
Bu o demək deyil ki, bütün astrologiya səhv məlumat verir, əksinə onlar insanların ümumi cəhətləri barədə geniş məlumata sahibdirlər. Amma tək bir insanın həyat çarxı bir iki planetdən daha detallı araşdırma tələb edir əzizlərim.
Sosial Platformalardaki Astrologiya
Bəs bizim bu astrologiya marağımız və həyatımızı və münasibətlərimizi bürclərə bağlamağımız necə yarandı?
İnternet.
Təbii ki, öncədən də qəzet və jurnallar gündəlik bürc şərhləri yazır, bu barədə insanlara epik və ”polyannasayağı” məlumatlar verirdilər. Lakin erilən məlumatlar internet və sosial şəbəkələrlə birlikdə kifayət qədər artdı, bununla insanlar daha çox, ən dərindən araşdırmağa başladılar. Araşdırdıqca doğum xəritələri, retrolar, dolunaylar bizi sözün əsl mənasında çaşdırdı.
Artıq sənin bürcünü bilmək heç nəyə bəs eləmir. Sənin Merkurinlə Veneranın neçənci dərəcədə qovuşmasınan da çox şey asılıdır.
Bütün bu məlumatlar çoxluğu bizi çıxılmz bir girdaba salır, əsas önəmli olan şeyləri görə bilmirik.
İnsanların təzyiqi ilə dəyişən persona?
Sizin də həyatınızda “… bürcü məndən uzaq olsun, heç vaxt yola gedə bilmərəm” deyən birisi olub? İnsanı sadəcə doğulduğu aya görə yarğılayan insanlar əslində bizdə nəyə səbəb olur?
Bir çox insan cəmiyyətin onlar haqqınadaki fikirlərini önəmsəyir. Ən azından birisi bizə 3 saniyədən artıq diqqətlə baxanda belə düşünürük, görəsən üzümdə nəisə var?
Birdə bunu sizin üzünüzə çəkinmədən deyən insanları düşünün. Hmm, sən əkizlər bürcüsən.. Səninlə həyat keçməz, görüşməyə davam etməyək məncə!
Streotiplər
Necədə qırıcıdır insanların personasını belə ümumi pəncərədən yarğılayıb onlar haqqında neqativ düşünmək.
Bunların hamısının bir streotip olduğunu bildirmək istəyirəm öncə, əgər siz bunu söyləyən tərəfsinizsə.

Tez o lənətə gəlmiş düşüncə tərzini yerə at və əllərini divara yasla!
Heç kəs mükəmməl deyil, düşüncələrimiz, xasiyyətimiz, davranışlarımız hamısı bizim içimizdən gələn müəyyən xarakteristikadır, hansıki bunların astrologiya ilə heç bir əlaqəsi yoxdur.
O qərar verə bilmir çünki o əkizlər bürcüdür yox, o qərar verə bilmir çünki o qərarsız birisidir.
O hamı ilə flirt edir çünki o tərəzi bürcüdür yox, çünki onun ürəyi belə istəyir.
İnsanların hər hərəkətinə bir məna vəya astrolojik açıqlama axtarmayın dəyərli oxuyucularım. Düşünün ki, bu onun xarakteridir, və ya mən onu əsəbləşdirəcək nə isə etmişəm deyə o əsəbləşdi,bunun onun bürcü ilə heç bir əlaqəsi yoxdur.
Bu ilk blogumda nə yazacağımdan, mündəricatdan çox ürəyimdən keçənləri mövzu ilə bağlı səsləndirmək istədim. Əgər bunlar sizə uyğun düşüncə tərzidirsə, və ya bütün bu yazılar sizə maraqlı idisə, bloqumu izləmədə qalın!
Çünki bu hələ başlanğıcdır.